Bakıda ağac yola aşdı- YOL BAĞLANDI

Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.