Bakıda AĞIR QƏZA – 4 nəfər vuruldu, tıxac yarandı

Heydər Əliyev prospekti Əmircan-Bülbülə döngəsi yaxınlığında xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 4 piyada vurulub.

Hazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.