ONN İnformasiya Agentliyi

Bakıda ağır qəza – Yollar bağlandı

Bakıda ağır qəza – Yollar bağlandı
15 Avqust 2019 - 21:17

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, rayonun Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Prospektlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü “dayan” nişanının tələblərini pozaraq yüksək sürətlə qarşıdakı “Toyota PRADO” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yolayırıcı beton pilitəyə çırpılıb. Hadisə nəticəsində BMW-nin mühərrik yağı yola dağılıb və bu səbəbdən prospektdə nəqliyyatın hərəkətində problem yaranıb. Əraziyə cəlb olunan polis əməkdaşları yolun dərhal təmizlənməsi istiqamətində aidiyyəti orqanları məlumatlandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png