ONN İnformasiya Agentliyi

Bakıda avtobus sürücüləri arasında əlbəyaxa DAVA — VİDEO

Bakıda avtobus sürücüləri arasında əlbəyaxa DAVA — VİDEO
22 İyul 2019 - 18:50
Ötən gün 202 nömrəli marşurut xətti ilə hərəkət edən iki avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar.

ONN media real.tv-yə istinadən xəbər verir ki, sürücülər hətta sərnişinləri yolda düşürərək aralarındakı münaqişəyə aydınlıq gətirmək üçün oranı tərk ediblər. Avtobuslarda baş verən neqativ hallarla bağlı məsələni dəfələrlə işıqladırsaq da görünür bundan nə daşıyıcı şirkətlər nə də avtobus sürücüləri nəticə çıxarır.

Bakıda yaşayan və mütəmadi olaraq avtobuslardan istifadə insanlar həyatı boyu ən azı bir dəfə avtobuslarda istər sərnişinlərin öz aralarında, istərsədə sürücü sərnişin arasında baş verən münaqişələrin şahidi olurlar. Ümumiyyətlə ictimai nəqliyyat sahəsində ən ciddi problemlərdən biri bəlkədə ən asası sürücülərlə bağlıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirir ki, məlum hadisə ilə bağlı dərhal Bakı Nqəliyyat Agentliyi tərəfindən də araşdırmalara başlanılıb və “Çinar trans” MMC-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağrılaraq izahat tələb olunub.

Mais Ağayev bildirir ki, avtobus sürücülərinin bu hərəkəti yolverilməzdir. Daşıyıcılar sürücülərin maarifləndirilməsi və gündəlik təlimatlandırırması işinə daha diqqətlə yanaşmalıdırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png