Bakıda avtomobil, Neftçalada ev yandı

Bakı və Neftçalada yanğın hadisəsi baş verib.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 9 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.