Bakıda avtomobil qəzası tıxaca səbəb oldu

Bakının Nərimanov rayonu ərazisində, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (20 Yanvar dairəsi istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

ONN media  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, hazırda ərazidə sıxlıq var.