Bakıda azyaşlı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda uşaq kanalizasiya quyusuna düşüb.

ONN media xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Altı yaşlı Ayxan Cavadlı kanalizasiyaya düşərək boğulub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayonunda da üç yaşlı uşaq quyuya düşərək boğulmuşdu.