Bakıda azyaşlı uşaq 53 maqnit udub

Bakıda dörd yaşlı uşaq 53 ədəd maqnit oyuncaq udub.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Azyaşlı düz bir ay bağırsağında həmin oyuncaqlarla yaşayıb.

Maqnitlər uşağın həyatını riskə atdığından, o, əməliyyat olunub.

Hazırda uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.