ONN İnformasiya Agentliyi

Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayıldı – VİDEO

Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayıldı – VİDEO
27 Yanvar 2018 - 13:16

"Bakının mərkəzində baş vermiş partlayışdan sonra, bu gün səhər 08:50-də 1961-ci il təvəllüdlü Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib".

Bunu jurnalistlərə açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.

Onun sözlərinə görə, xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb: "Bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu ilə daxil olub. Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib. Sarğı olunub, yarası təmizlənib, ağrıkəsicilər vurulub, antibakterial terapiya aparılır". (report)

Sosial şəbəkələrdə Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayılıb.

ONN media həmin görüntüləri təqdim edir:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png