Bakıda beşmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

ONN media  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.