ONN İnformasiya Agentliyi

Bakıda binada yanğın baş verib

Bakıda binada yanğın baş verib
01 İyun 2023 - 14:46

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

ONN media xəbər verir ki, FHN-dən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində başladığı müəyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 57m² olan ikiotaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb, mənizilin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə olan bir nəfər şəxs xilasedicilər tərəfindən xilas edilərək ilkin yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png