Bakıda binanın eyvanı uçdu

Bakıda yaşayış binasının eyvanı uçub.

ONN media xəbər verir ki, hadisə Şövkət Ələkbərova küçəsində qeydə alınıb. Binanın ikinci mərtəbəsinin uçan eyvan zirzəmidə olan obyektin damına dağılıb.

Qəza yerinə Fövqəladə Hallar Nazilriyinin əməkdaşları cəlb olunublar.