Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb//metbuat.az