ONN İnformasiya Agentliyi

Bakıda daha 6 tələbə qız zəhərləndi – Açıqlama

Bakıda daha 6 tələbə qız zəhərləndi – Açıqlama
26 Noyabr 2019 - 11:18

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.

Bu barədə ONN media-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Tələbə qızların təcili tibbi yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiyi bildirilib.

Nazirlikdən verilən məlumatda tələbələrin Xəzər Universitetində təhsil aldığı və Qara Qarayev prospekti 76 ünvanında kirayə qaldıqları mənzildə zəhərləndikləri qeyd edilib.

Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli açıqlamasında zəhərlənən tələbələrdən 3-nün Xəzər Universitetinin, 2-nin Bakı Dövlət Universitetinin, 1-nin İqtisad Universitetinin tələbəsi olduğunu söyləyib:

“Zəhərlənənlərdən Nazlı Qazıyeva İqtisad Universitetinin, Aysun Osmanlı və Hüryetər Mahmudova Bakı Dövlət Universitetinin, Nəzakət Heydərli, Aysun Rəcəbli və Ləman Salmanlı isə Xəzər Universitetinin Humanitar fakültəsinin tələbələri olub. Onlar mətbəxdəki dəm qazından zəhərləniblər, hazırda vəziyyətləri normaldır”.

Ə.Əmirbəyli polisin məsələ ilə bağlı araşdırma apardığını bildirib.

***

Səhiyyə Nazirliyinin sonuncu yaydığı məlumata görə, dəm qazından zəhərlənmə ehtimalı ilə KTM-ə gətirilən 6 tələbə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız qidadan zəhərlənmişdi. Nəticədə tələbələrdən biri – Şəkər Xasmətova dünyasını dəyişmiş, ikisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png