Bakıda daha bir qadın özünü binadan atdı

Bakı şəhəri Xətai rayonunda intihara cəhd olub.

ONN media  bildirir ki, hadisə Seyid Əzim Şirvani 12 ünvanında qeydə alınıb. Belə ki, Kərimova Əsmər Vaqif qızı özünü yaşadığı binadan atıb. Çoxsaylı sınıq xəsarətləri alan Ə. Kərimova ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bir müddət öncə Ə. Kərimovanın qardaşı da eyni üsulla intihara cəhd etmişdi.

Faktla bağlı araşdırma aparılır.