ONN İnformasiya Agentliyi

Bakıda ev yandı: YARALILAR VAR

Bakıda ev yandı: YARALILAR VAR
26 Mart 2023 - 13:32

Bakıda evdə yanğın olub, xəsarət alanlar var.

Bu barədə ONN media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png