Bakıda FİLM KİMİ OLAY: Otel binasından yıxılan fəhlə qaçırıldı

Bakıda oteldə bədbəxt hadisə baş verib.

ONN media Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN" Plaza otelində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb. Nəticədə fəhlə təhlükəsizlik kəmərindən çıxaraq yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, "BMW" markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.