Bakıda gənc hovuzda boğulub

Bakı şəhəri, Səbail rayonunda 1998-ci il təvəllüdlü Tretyakov Vasiliy Sergeyeviç su hovuzuna düşərək boğulub.

Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın cəsədini hovuzdan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.