ONN İnformasiya Agentliyi

Bakıda gənclər hesab ödəməmək üçün GÖRÜN NƏ ETDİLƏR… – VİDEO

Bakıda gənclər hesab ödəməmək üçün GÖRÜN NƏ ETDİLƏR… – VİDEO
21 Fevral 2020 - 18:25
Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb.

ONN media xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən “Pink House” restoranının administratoru Seyran Əsgərov bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər:

“Yəqin elə tez qaçsınlar deyə oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nəfər də gəldi. Spirtli içki içib, yemək yeyiblər. Bir neçə dəfə siqaret çəkmək üçün çölə çıxıblar, qaça bilməyib içəri qayıdıblar. Sonda ofisiantın başını qatmaq üçün çay istəyiblər, o aralanan kimi durub qaçıblar. Təxminən 200 manata yaxın “şot”u verməyiblər”.

S.Əsgərov hadisə ilə bağlı polisə müraciət etdiklərini, araşdırma aparıldığını bildirib.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png