ONN İnformasiya Agentliyi

Bakıda idman zalında yanğın    

Bakıda idman zalında yanğın    
06 Mart 2021 - 23:52

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib.

ONN media  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 500 kvadrat metr olan idman zalının ərazisində buxar otağının yanar konstruksiyası 12 kvadrat metr sahədə yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Digər otaqlar və idman zalı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png