Bakıda intihara cəhdin qarşısı alındı

Bakı şəhəri, Nəsimi rayonunda bir kişi üçmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ONN media-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.