Bakıda külək daş hasarı uçurdu

Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb.

Hadisə Binəqədi rayonunda baş verib

Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə, daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.