Bakıda mənzildən meyit tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Mənzildə aşkarlanan 1957-ci il təvəllüdlü İsmayılov Sədi Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.