Bakıda maşınla motosiklet toqquşdu, sıxlıq yarandı

Bakıda avtomobillə motosiklet toqquşub, yolda sıxlıq yaranıb.

ONN media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bildirilib ki, hadisə paytaxtın Heydər Əliyev prospekti ilə üzü metronun “Koroğlu” stansiyası istiqamətində qeydə alınıb.

Hazırda yolda böyük sıxlıq müşahidə olunur.