ONN İnformasiya Agentliyi

Bakıda metroda HƏYƏCANLI ANLAR – “Sahil” stansiyasında işıqlar söndü

Bakıda metroda HƏYƏCANLI ANLAR – “Sahil” stansiyasında işıqlar söndü
20 Avqust 2019 - 13:20

Bakıda metroda problem yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ONN media-ya açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun “Sahil” stansiyasında baş verib.

Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.

B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png