Bakıda nənə və nəvəni avtomobil vurub

ONN media report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda, Xutor adlanan ərazidə baş verib.

Belə ki, mebel daşıyan yük avtomobili 1937-ci il təvəllüdlü Binnətova Zəhra Əmir qızını və onun nəvəsini – 2004-cü il təvəllüdlü Qarayaeva Elvira Rövşən qızını vurub. Nəticədə onların hər ikisi xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Z.Binnətovanın vəziyyətinin ağır olduğu bildirilir.