Bakıda öldü deyilən qız yenidən DİRİLDİ

Bakıda sevgilisi olduğu deyilən Asif adlı şəxlə danışdıqdan sonra yoxa çıxan Qəhrəmanova Ayşəndən xəbər var.
 
ONN media Milli.Az-a istinadən xəbər verir ki, yoxa çıxan qızın anası “Səni axtarıram”ın efirində qızını Asif adlı şəxsin qaçırıb öldürdüyünü bildirib.
 
Lakin studiyaya gələn telefon zəngi ananın iddiasını alt-üst edib. Belə ki, adını açıqlamayan şəxs zəng edərək Ayşənin yerini bildiyini deyib. Həmin şəxs itkin qızın Binədə olduğunu, dəqiq harada qaldığını bildiyini qeyd edib.
 
Məsələ araşdırılır.