ONN İnformasiya Agentliyi

Bakıda qadın sürdüyü avtomobillə süpürgəçini vurub öldürdü

Bakıda qadın sürdüyü avtomobillə süpürgəçini vurub öldürdü
11 Oktyabr 2019 - 13:52

Daxili İşlər Nazirliyi Bakıda süpürgəçinin öldüyü hadisə ilə bağlı məlumat yayıb.

ONN media xəbər verir ki, oktyabrın 10-da saat 9 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qadın sürücünün maşınla vurub öldürdüyü G.Mirzəyeva Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi – süpürgəçi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png