Bakıda QORXUNC ANLAR: bəy-gəlin maşını yandı – VİDEO

Heydər Əliyev adına Beynəlxalq Hava limanından şəhər istiqamətinə gələn yolda avtomobil yanır.

ONN media xəbər verir ki, gəlin maşını kimi bəzədilən avtomobil qəfildən alışmağa başlayıb.

Yol polisi həmin hissədə bir neçə zolaqda yolu bağlayıb. Hadisə yerinə yanğınsöndürən çağırılıb.

Yanan avtomobilin içərisində olanlar, eləcə də xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.