Bakıda səfirliyin avtomobili qəzaya düşdü – Yaralılar var

ONN media xəbər verir ki, Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.
Hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.
1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.
Qəzaya uğrayan “Toyota” Küveyt dövlətinin Azərbayncandakı səfirliyinə məxsus xidməti avtomobildir.