ONN İnformasiya Agentliyi

Bakıda sərnişin avtobusu aşdı: 25 yaralı (YENİLƏNDİ) – FOTOLAR

Bakıda sərnişin avtobusu aşdı: 25 yaralı (YENİLƏNDİ) – FOTOLAR
06 Yanvar 2018 - 18:55

Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

***

Bakıda sərnişin avtobusu aşıb.

ONN media-ın APA-ya istinadən xəbərinə görə, hadisə Zığ şosesində baş verib.  175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png