ONN İnformasiya Agentliyi

Bakıda sex və ətrafındakı maşınlar yandı

Bakıda sex və ətrafındakı maşınlar yandı
04 May 2023 - 11:09

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan sexin qarşısında təmirə dayanan “Mersedes” və “Honda” markalı minik avtomobillərinin ön hissəsi, “Hunday” markalı minik avtomobilinin arxa hissəsi yanıb.

Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png