Bakıda sexdə yanğın: ölənlər var

Bakıda sexdə yanğın olub.

ONN media xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.