Bakıda sığınacağa hücum: xəsarət alan var

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

ONN media  xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin, sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

“Qadının əri Habil Pirimov, qayınanası Saniyyət Pirimova, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib”.(axar.az)