Bakıda su quyusundan KİŞİ MEYİTİ TAPILDI

Fövqəladə Hallar Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

ONN media  FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.