Bakıda sürücü alovlanan avtomobili “moyka”ya sürdü – VİDEO

Bakıda bahalı avtomobildə baş vermiş yanğın sürücünün sayıqlığı nəticəsində vaxtsında söndürülüb.

ONN media  xəbər verir ki, “Mercedes S Class” markalı bahalı avtomobil hərəkətdə olarkən maşında tüstülənmə və alovlanma başlayıb. Motorxananın alovlandığını görən sürücü maşın yaxınlıqdakı avtoyuma məntəqəsinə sürüb. Məntəqə işçilərinin köməkliyi ilə yanğın vaxtında söndürülüb.

Hadisənin görüntülərini təqdim edirik.