Bakıda tələbə ürək əməliyyatı zamanı ölüb

Bakıda 20 yaşlı tələbə cərrahi əməliyyat zamanı ölüb.

ONNmedia "Report"a istinadən bildirir ki, paytaxtda yerləşən özəl klinikalardan birində aparılan əməliyyat zamanı 1997-ci il təvəllüdlü Biləsuvar rayon İsmətli kənd sakini Mirzəli Xankişi Nizami oğlu ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Qeyd edək ki, Mirzəli Xankişi Azərbaycan Pedaqoji Universitetinin Quba filialının Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3-cü kurs tələbəsi olub.