ONN İnformasiya Agentliyi

Bakıda taksi qaçırıldı

Bakıda taksi qaçırıldı
17 Sentyabr 2020 - 12:16

Binəqədi rayonunda yaşayan paytaxt sakini olan bir nəfər Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb.

Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb. Z.Fətəliyev ifadəsində qeyd edilən nəqliyyat vasitəsini talamaq məqsədi ilə yox, idarə etmək üçün qaçırdığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png