ONN İnformasiya Agentliyi

Bakıda terror aktının qarşısı alındı

Bakıda terror aktının qarşısı alındı
17 Noyabr 2023 - 9:43

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

ONN media xəbər verir ki, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png