ONN İnformasiya Agentliyi

Bakıda tikilməkdə olan bina uçub – FOTO

Bakıda tikilməkdə olan bina uçub – FOTO
09 Dekabr 2017 - 19:46

Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.

ONN media APA-ya istinadən xəbər verir ki, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
 
Beton günorta saatlarında tökülüb.
 
Hadisə yerinə xilasedicilər cəlb edilib.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, hadisə nəticəsində yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Bakıda tikilməkdə olan bina uçub - FOTO

Bakıda tikilməkdə olan bina uçub - FOTO

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png