Bakıda tikintidə FACİƏ

Bakıda tikintidə faciə yaşanıb.

ONN media xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tikilməkdə olan çoxmərtəbəli binada qeydə alınıb. Orada fəhlə işləyən şəxs (ad-soyad hələlik məlum deyil) 8-ci mərtəbədən yıxılaraq ölüb. Onun meyiti beton panellərin arasında qaldığı üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.