Bakıda “Toyota” piyadanı vurub öldürdü

Oktyabrın 12-də saat 19 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

ONN media  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini C.Kələntərli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ağagül Ağayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.