ONN İnformasiya Agentliyi

Bakıda üç məzun FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda üç məzun FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
14 İyun 2019 - 21:44
Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

ONN media bildirir ki, həmin şəxslər 11-ci sinif məzunları olub.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Oğlanların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı məktəbin məzunları olduğunu bildirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

“Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir”

Oxu.Az-ın əldə etdiyi məlumata görə, suda boğulan gənclərdən birinin meyiti tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png