Bakıda yanacaqdoldurma məntəqəsində İNANILMAZ HADİSƏ – ŞOK VİDEO

Bakıda yanacaqdoldurma məntəqəsində insident baş verib.

ONN media  xəbər verir ki, sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsində yanacaq vurdurarkən prosesin başa çatmasını gözləmədən uzaqlaşan avtomobilin görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, “Kia” markalı, 99 VF 723 sürücüsü yanacaq dolduran aparatın işi başa çatmamış məntəqədən uzaqlaşıb. Nəticədə yanacaq borusu və “tapança” adlanan hissə avtomobilin yanacaq çəninə ilişərək qırılıb. Heydər Əliyev prospekti ilə mərkəz istiqamətində hərəkət edən avtomobilin çənindən yola yanacaq axdığı da diqqəti cəlb edib.

Həmin görüntüləri təqdim edirik.(publika.az)