ONN MEDİA

Bakıda yanğın – 83 nəfər təxliyə edildi

Bakıda yanğın – 83 nəfər təxliyə edildi
12 İyun 2019 - 23:24

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin eyvanında bir ədəd qaz sayğacı, yeddinci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, bir ədəd su qızdırıcısı və bir ədəd kondisioner, səkkizinci mərtəbəsinin eyvanında 4 kvadratmetr sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 paqonnımetr yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya bildiriblər ki, yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png