ONN İnformasiya Agentliyi

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – YENİLƏNDİ

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – YENİLƏNDİ
11 Noyabr 2017 - 8:59
Noyabrın 10-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsindəki 16 mərtəbəli yaşayış binasında baş verən yanğın artıq söndürülüb.
ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun qarşısını alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Yanğınla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
***
22:29
Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.
Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.
15 nəfər bina sakini təxliyə edilib.
Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.
***
21:48
Bakıda çoxmərtəbəli yaşayış binada yanğın baş verib.
ONN media bildirir ki, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png