Bakıda yaşayış binasında dəhşətli hadisə baş verib

Bakıda çoxmərtəbəli binada yanğın olub.

ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb//axar.az