ONN İnformasiya Agentliyi

Bakıda yaşayış binasında yanğın – Zəhərlənən var

Bakıda yaşayış binasında yanğın – Zəhərlənən var
08 Fevral 2024 - 9:39

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 10 nəfər sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png