Bakıda yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Xocaəsən qəsəbəsində baş verib.

1956-cı il təvəllüdlü Nağıyev Saqif Omar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.