Bakıda yeniyetmə oğlanı maşın vurub

Bakıda 13 yaşlı yeniyetmə oğlanı avtomobil vurub.

ONN media xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Quliyev Elmir Salman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır